Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Regionlarda bir il ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 50 faiz artıb
“Aztelekom” İstehsalat Birliyinin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı son bir il ərzində 87700 istifadəçi və ya 50 faiz artaraq 200 mini keçib.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə adıçəkilən birliyin baş direktoru Məhəmməd Məmmədov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində məlumat verib.
Baş direktor əlavə edib ki, hazırda hər 100 ailədən 17,4-ü, hər 100 abunəçidən 29,4-ü genişzolaqlı xidmətlərin istifadəçisidir.
“2014-cü ilin mart ayında genişzolaqlı xidmətlərdən əldə edilən gəlirlərin ümumi gəlirdə xüsusi çəkisi 33,5 faizə çatıb”, - deyə M.Məmmədov qeyd edib.
CAHANGİR
30/04/14 Çap et