Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil modemlərin tədarükü 21% azalıb


"ABI Research" analitiklərinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə təxminən 73 milyon mobil genişzolaqlı modem buraxılıb ki, bu cihazlar  internetə çıxış üçün kompüter və başqa istehlak elektronikasına qoşulur.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci illə müqayisədə bu məhsulun tədarük həcmi 21% azalıb. Bu, fərdi kompüterlərə tələbatın azalması ilə izah edilir.
 
Ekspertlər bildiriblər ki, USB modem və daxili genişzolaqlı modul seqmentinin həcmi ikinci il ardıcıl azalıb, halbuki mobil çıxış nöqtələrinin tədarükü, əksinə, 32% artıb.
 
Emil Hüseynov
 
 




01/05/14    Çap et