Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” mobil reklam şəbəkəsini işə salıb


"Facebook" şirkəti "Audience Network" mobil reklam şəbəkəsini nümayiş etdirib. Artıq kənar tətbiq tərtibatçıları tarqetinq üçün sosial şəbəkənin məlumatlarından istifadə edərək reklam yerləşdirə biləcəklər, elan verənlər isə "Facebook"dan kənarda öz kampaniyalarının əhatəsini genişləndirəcəklər.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni məhsul "Facebook f8" konfransında layihələrin idarə edilməsi üzrə direktor Debora Liu tərəfindən təqdim edilib.
 
"Facebook"un reklam şəbəkəsinin köməyi ilə tətbiqlərdə ənənəvi banner reklamı, həm də xidmətə uyğunlaşdırılmış formatlar yaratmaq mümkün olacaq. Tərtibatçılar artıq bu gündən etibarən mobil reklam şəbəkəsindən istifadə edə bilərlər.
 
Emil Hüseynov
 
 




01/05/14    Çap et