Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtda yeni ATS-lər istifadəyə veriləcək


Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda yeni tikilmiş ATS-lər istifadəyə veriləcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.
 
 O bildirib ki, hazırda Xəzər rayonu Qala hərbi şəhərciyində 1600 nömrə tutumlu, Bakıxanov qəsəbəsində isə 8 min nömrə tutumlu ATS-lərin açılması üçün hazırlıq işləri aparılır: “İşlər artıq tamamlanmaq üzrədir. Bir neçə günə hazırlıq işləri tam başa çatacaq. Onların ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində istifadəyə veriləcəyi planlaşdırılır”.
 
 
X.Kişiyev onu da əlavə edib ki, Bakı və onun qəsəbələrində genişzolaqlı internetin əhaliyə təqdim edilməsi üçün BTRİB tərəfindən əlavə imkanlar yaradılıb:
 
“Bunun üçün dünyada istifadə edilən ən son texniki avadanlıq alınıb. Əldə olunan yeni imkanlar əhalinin genişzolaqlı internetdən daha rahat istifadəsini təmin edəcək. Eyni zamanda internetə qoşulmaq istəyən abonentlərin imkanlarını genişləndirəcək. Alınan yeni avadanlıq keyfiyyətə də müsbət təsir göstərəcək. Qeyd edim ki, bu avadanlıq heç də hər bir ölkədə yoxdur”.
 
Seymur 




01/05/14    Çap et