Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın internet mediası müzakirə olunacaq
May ayında Bakıda “Yeni medianın inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək. Konfrans Azərbaycan Mətbuat Şurasının və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Multimedia Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, sözügedən tədbirdə əsasən internet-medianın vəziyyəti, internet-mediada ictimai informasiyaların açıqlanması, internet-media qurumlarına dövlət dəstəyi və reklam, sosial medianın vəziyyəti, sosial mediada və onlayn xəbər resurslarında monitorinqlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
Seymur
01/05/14 Çap et