Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında dəyişikliklər müşahidə olunur


Azərbaycan internet xidmətləri bazarında özəl şirkətlər öz mövqelərini gücləndirirlər.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında birinci yeri qətiyyətlə tutan “Bakinternet”in payı cüzi artaraq 20,23% təşkil edir.

Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Aztelekom”, “Uninet”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib və bunun nəticəsində “Aztelecom” öz mövqeyini “Uninet” şirkətinə verməli olub. Belə ki, son bir ay ərzində “Aztelekom”un payı o qədər azalmasa da, 12,34%  təşkil edib, lakin “Uninet”in payı artaraq 14,32% təşkil edib və nəticədə şirkətlər yerlərini dəyişməli olublar. “Azeronline”nın bazar payı azalaraq 9,72%, “Dataplus” şirkətinin bazar payı 6,6%, “Connect” şirkətinin bazar payı 6,08% təşkil edib.
 
Onların ardınca 3,6% bazar payı ilə “Ultel”, 3,5%  “Castel”, 3,4% “Adanet”, 3,09% “Azstarnet”, 2,6%  “Azqtel”, 2,3 “Smart”, 1,9%  “Avirtel”, 1,6%  “Azeurotel”, 1,4%  “Nakhchivan”, 1,05%  “Transeurocom”, 1,03%  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıblar.  Bu arada qeyd etmək lazımdır ki, “Ultel”, “Castel”, “Azeurotel”, “Transeurocom” və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi son bir ayda xeyli irəliləyiş nümayiş ediblər. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 

Aynur Vəliyeva
 




01/05/14    Çap et