Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti iOS üçün “Microsoft Office” proqramına alternativ yaratdı


“iPad” planşetləri üçün “Microsoft” ofis əlavələri paketlərinin təqdimatından sonra, “Google” korporasiyası sənədlərin, cədvəllərin və təqdimatların redaktəsi üçün “Google Docs”, “Google Sheets” və “Google Slides” proqram toplusunu təqdim edib.
 
“Microsoft” və “Google” şirkətlərinin əlavələr paketlərini müqayisə etdikdə “Google” əlavələri daha əlverişli görünür. “Google” paketi, “Office”dən fərqli olaraq tamamilə pulsuzdur. Bundan başqa, “Google” proqramları pulsuz olmalarına baxmayaraq təkcə baxışı nəzərdə tutmur, eyni zamanda oflayn rejimində, yəni internetə qoşulmadan, sənədlərin tam redaktə edilməsini nəzərdə tutur.

Əlbəttə ki, “Google” şirkətinin universal ofis əlavələrinin alət və funksiyaları “Microsoft Office” proqramlarının geniş imkanlarına görə çata bilmir, lakin peşəkar redaktə nüanslarına toxunmayan adi istifadəçilər üçün tam yetərlidir.

Hazırda “App Store”da “Google Docs” və “Google Sheets” əlavələrini əldə etmək olar, yaxın zamanda isə “Google Slides” proqramının da təqdim edilməsi gözlənilir.
 
Aynur Vəliyeva
 




01/05/14    Çap et