Xüsusiləşmiş daşınan elektronika mağazası istifadəyə verilib
“Amazon” şirkəti daşınan elektron qurğuların satışında ixtisaslaşan “Wearable Technology Store” onlayn mağazasını istifadəyə verib.
Mağazada aktivlik trekerləri, daşınan kameralar və digər qurğular satılır. Burada həm “Samsung”, “Jawbone” və “GoPro” kimi aparıcı istehsalçıların, həm də inkişaf etməkdə olan şirkətlərin, o cümlədən “Basis” və “Misfit”in qurğularını almaq olar. Həmçinin “Narrative”, “Bionym” və digər şirkətlərin məhsullarının satışı nəzərdə tutulur.
“Wearable Technology Store”da malları qurğuları bir-biri ilə müqayisə edərək kateqoriyalar üzrə axtarmaq mümkündür. “Learning Center” xüsusiləşdirilmiş bilik mərkəzində videomateriallar və alıcının sorğu kitabçası yer alıb ki, bu da uyğun daşınan qurğunu seçməyə kömək edir. Bundan başqa, istifadəçilər qurğuların alışını asanlaşdıran icmal, bazar yenilikləri və digər informasiyalardan yararlana bilərlər.
“Ağıllı” daşınan qurğular bazarda çoxdan mövcud olsa da, məhz indi müvafiq seqmentin yüksək inkişafı müşahidə edilir. “Deloitte” şirkətinin proqnozlarına görə, cari ildə dünyada 10 milyona yaxın kompüterləşdirilmiş eynək, intellektual saat və müxtəlif fitnes-treker tədarük ediləcək, - "3DNews
www.3dnews.ru” yazır.