Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MDB ölkələrinin “İPv6” protokoluna keçidi ilə bağlı qərar qəbul edilib
Regional Rabitə Birliyinin (RRB) bu günlərdə İstanbulda keçirilmiş Rabitə Operatorlarının Şurasının iclasında MDB ölkələrinin “İPv6” protokoluna keçidlə bağlı qərar qəbul edilib.
“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, tədbirdə eyni zamanda RRB ölkələri üçün regional trafik mübadiləsi punktunun yaradılması üzrə fəaliyyət planının hazırlanması məsələsinin növbəti iclaslarda müzakirəsi haqda qərar qəbul edilib.
İclasda yeni rabitə xidmətlərinin yaradılması və tətbiqi üzrə İşçi qrupunun yaradılması ilə bağlı razılıq əldə edilib.
RRB-nin Komissiyasının növbəti iclasında işçi qrupların mobil rabitə şəbəkələri üzərində infrastrukturun birgə istifadəsi məsələsi ilə bağlı təqdimatların hazırlanması və təqdim edilməsi tapşırılıb.
Tədbir çərçivəsində keçirilmiş RRB ölkələri operatorlarının tranzit tutumların təqdim edilməsinə vahid yanaşmaların hazırlanması üzrə işçi qrupun 3-cü iclasında Avropa –Cənub-Şərqi Asiya istiqamətində tranzit xidmətlərinin satışı üzrə “vahid pəncərə” operatorunun stimullaşdırılmasına yanaşmaların, bu istiqamət üzrə alternativ tranzit xidmətlərin qiymət səviyyəsinin və bazarın vəziyyətinin qiymətləndirilməsi üzrə ekspert rəylərinin hazırlanması, bu istiqamət üzrə marşrutların RRB ölkələrinin operatorlarının şəbəkələrinin üzərindən keçməsi məsələsinin populyarlaşdırılması məsələləri və s. müzakirə olunub.
Aynur Vəliyeva
02/05/14 Çap et