“iOS” istifadəçiləri üçün yeni Azərbaycan dilinin orfoqrafiya lüğəti tərtib edilib
Azərbaycanda “iOS” istifadəçiləri üçün yeni Azərbaycan dilinin orfoqrafiya lüğəti tərtib edilib.
“ICTnews ” xəbər xidmətinin məlumatına əsasən, orfoqrafiya lüğətində müəyyən edilmiş qaydalara görə sözlərin düzgün yazılış formaları verilib.
Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni
orfoqrafiya qaydaları əsasında tərtib edilib. Orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilib.
Lüğəti
https://itunes.apple.com/us/app/azerdict/id467051525 ünvanından yükləmək olar.
Aynur Vəliyeva