Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” növbəti “WWDC” konfransında “OS X” yenilənməsini təqdim edəcək


Tərtibatçıların növbəti “WWDC” konfransında “Apple” şirkəti “OS X” masaüstü əməliyyat sisteminin yenilənməsinə böyük diqqət ayıracaq. Bu haqda öz mənbələrinə istinadən “9to5Mac” bloqu yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “OS X” əməliyyat sisteminin 10.10 versiyasınadək yenilənməsi son zamanlar ən mühüm dəyişikliklərdən biri olacaq. Məsələn, “OS X” interfeysinin dizaynı “iOS 7” dizaynına oxşayacaq. Mənbələrin məlumatına görə, yeniləmənin kod adı “Syrah”dır (şərab istehsalında istifadə edilən üzüm sortu). “9to5Mac” bloqunun müşahidəçisi, həmçinin bildirib ki, “Apple” şirkəti “iOS 8” əməkdaşlarının bir hissəsini “OS X” üzərində işə keçirib.
 
“WWDC” konfransı 2-6 iyun 2014-cü il tarixində keçiriləcək.
 
Emil Hüseynov
 
 
 
 




03/05/14    Çap et