Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan İpoteka Fondu proqram təminatı və texniki dəstək xidmətlərinin satınalınması üzrə açıq tender elan edib
Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu proqram təminatı və texniki dəstək xidmətlərinin satınalınması üzrə açıq tender elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 3 lot üzrə keçirilən tenderdə iştirak haqqı lot 1 - 200 manat, lot 2 - 200 manat, lot 3 - 100 manat təşkil edir.
Lot 1 - "GNİ Software" avtomatlaşdırılmış mühasibat proqramına illik texniki dəstək xidmətinin, lot 2 - "Elektron İpoteka Sistemi"nə illik texniki dəstək xidmətinin,
lot 3 - İnformasiya Mübadiləsi modulu sisteminə 6 aylıq dəstək xidmətinin satınalmasını nəzərdə tutur.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 9-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 20-dək Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanına təqdim etməlidirlər.
Tender proseduru iyunun 23-də Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında baş tutacaq. Prosedurda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Aynur Vəliyeva
03/05/14 Çap et