Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti yeni smartfonunu mayın 27-də nümayiş etdirəcək


“LG” şirkəti jurnalistlərə yeni qabaqcıl “LG G3” smartfonunun mayın sonunda  keçiriləcək nümayişinə dəvət göndərib. Bu haqda “The Verge” yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 27 – 28 may tarixində “LG” şirkəti 6 şəhərdə (San-Fransisko, Nyu-York, London, Seul, Sinqapur və İstanbul) 6 tədbir keçirəcək. Dəvətdə yalnız amerikalı esseist Ralf Uoldo Emersonun sitatı yazılıb: "Sadəlik böyüklük deməkdir". Başqa heç bir məlumat qeyd edilməyib.
Buna baxmayaraq, ekspertlər əmindirlər ki, şirkət məhz “LG G3”
smartfonunu nümayiş etdirəcək. KİV-ə bu smartfon haqqında artıq kifayət qədər informasiya sızıb.
 
Emil Hüseynov
 




03/05/14    Çap et