Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android 4.4” mobil əməliyyat sisteminin populyarlığı kəskin artıb


“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığı haqqında ənənəvi aylıq hesabatını dərc edib.
 
Hesabata əsasən, hazırda “Android”in son versiyası – “KitKat”ın baza payı 3,5-dən 8,5%-dək kəskin artıb. Bu versiyanın populyarlığının iki dəfədən çox artması apreldə “Android 4.4” platforması ilə işləyən   çoxdan gözlənilən bir neçə smartfonun çıxarılması ilə bağlıdır.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Android” platformasının 4.3 versiyasının bazar payı, həmçinin 8.3%-dir, “Jelly Bean” (4.1.x - 4.3) isə hazırda bazarın 60,8%-nə sahibdir.
 
Emil Hüseynov




05/05/14    Çap et