Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Panoramlı videonun çəkilməsi üçün kamera buraxılıb


"Apple" şirkətinin "iPhone" modelinin kamerasının hazırlanmasında iştirak edən keçmiş əməkdaşlardan ibarət heyət "CENTR" adlı qeyri-adi kamera yaradıb. Belə ki, bu qurğu əlavə mexanizmlərsiz 360 dərəcəyə malik panoramlı videoçarxları yüksək təsvir ölçüsündə çəkməyə imkan verir.  
 
"CENTR" "Apple"ın istehsalı olan əfsanəvi kameraya çox az oxşasa da, panoramlı çəkilişi 6900:1080 piksel yüksək təsvir ölçüsündə çəkə bilir. Bu halda panoramın yaradılması üçün eyni anda dörd 5 meqapikselli kameradan istifadə edilir və əldə olunmuş çəkilişlər xüsusi alqoritm üzrə "bitişdirilir".  
 
Bu üsulla çəkilən 360 dərəcəlik interaktiv videoya fərdi kompüterlər və planşetlər üçün hazırlanmış xüsusi pleyer vasitəsilə baxmaq mümkündür. "CENTR" ilə videonu seyr edən tamaşaçı baxış bucağını müxtəlif tərəflərə baxmaqla dəyişə bilər.   
 
"CENTR" müxtəlif çəkiliş rejimlərini dəstəkləyir ki, onlardan da ən maraqlısı günəşin batma panoramını çəkməyə imkan verən "time-lapse" rejimidir.
 
Qurğunun ölçüsü kiçik və mobildir. Çıxarılıb taxılan akkumulyatorun tutumu təxminən 2 saatlıq avtonom rejimli iş üçün nəzərdə tutulub. Qurğudan məlumatlar "Wi-Fi" və "Bluetooth" vasitəsilə ötürülür.
 
"CENTR" mətbuatın diqqətini özünə cəlb etsə də, qeyri-adi qurğunun satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir, - "Vesti www.vesti.ru" yazır.




05/05/14    Çap et