Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Symantec” şirkəti yeni nəsil antivirus hazırlamaq istəyir


Antivirus proqram təminatı bazarının veteranı “Symantec” şirkəti yeni nəsil şəbəkə təhdidlərinə qarşı müasir təhlükəsizlik tələblərinə cavab verən kompleks mühafizə vasitəsi hazırlamağa başlayır. Bu, onunla izah edilir ki, klassik antiviruslar hazırda lazımi təhlükəsizliyi təmin etmir, kiberhücumların yalnız 45%-ni zərərsizləşdirirlər. Faktiki olaraq "antiviruslar məhv olub" – “Symantec” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş vitse-prezidenti Brayan Day deyib.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, artıq məlumdur ki, şirkət ancaq yeni mühafizə vasitəsinin hazırlanması ilə məhdudlaşmaq istəmir. “Symantec” şirkəti öz müştərilərinə "çevik reaksiya qrupu"ndan mütəxəssis xidməti təklif etməyə hazırlaşır, onlar  real vaxt rejimində haker hücumlarının qarşısını ala və oğurlanma təhlükəsi altında olan məlumatları qoruya biləcəklər.
 
Emil Hüseynov
 




05/05/14    Çap et