Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” avtomobillər üçün mobil texnologiyalara 100 milyon dollar investisiya yatıracaq


Mobil bölməsini ABŞ-ın “Microsoft” korporasiyasına satan Finlandiyanın "Nokia” şirkəti avtomobillər üçün mobil texnologiyalar və proqram təminatına investisiya yatıracaq fond təsis edəcək. Bu barədə şirkətin məlumatında deyilir.  

100 milyon dolların yatırılacağı fondun pullarına nəzarəti “Nokia Growth Partners” (NGP) şirkəti həyata keçirəcək. Bu, “NGP”-in son on ildə “Nokia” üçün yaratdığı dördüncü vençur fondu olacaq. Son fond nəzərə alınmaqla Finlandiya şirkəti 700 milyon dolları “NGP”-in idarəetməsinə verib.  

“Nokia” artıq “HERE” servis kartı ilə avtomobillər üçün mobil texnologiyalar bazarında təmsil olunur.
“NGP” naviqasiya servisləri bazasında məhsul və xidmətlərin inkişafını dəstəkləyən layihələrə investisiya yatırmaq məqsədilə “HERE” ilə tərəfdaşlıqda çalışacaq. Avtomobillər telefon və planşetlərə bənzəyən mobil texnologiyaların tətbiqi üçün yeni platformaya çevrilir”, - şirkətin məlumatında qeyd edilir.

“Microsoft”a mobil bölməni satdıqdan sonra “Nokia” üç istiqaməti – “NSN” (telekommunikasiya avadanlığı istehsalı), “HERE” (ərazilərin xəritələrinin və geolokasiya servislərinin yaradılması), “Advanced Technologies”i (sonradan lisenziyalaşdırılma ilə yeni texnologiyaların hazırlanması) inkişaf etdirməkdə davam edir.

Qeyd edək ki, avtomobil mobil texnologiyalarının inkişafı ilə nəhəng smartfon istehsalçısı “Apple” şirkəti də məşğul olur. 2014-cü ilin martında şirkət multimedia və kommunikasiya imkanlarını, eləcə də “iPhone” və “iPad” ilə inteqrasiyanı təmin edən “CarPlay” servisini təqdim edib. “CarPlay” ilə təchiz edilən ilk avtomobillərin bu il satışa çıxarılacağı gözlənilir, - “İTAR-TASS www.itar-tass.com” yazır.  
 
 




05/05/14    Çap et