Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ofis işçiləri “Microsoft Office” proqram paketindənniyə istifadə etmirlər?


“SoftWatch” firması ofis işçiləri arasında “Microsoft Office” paketinin populyarlığını müəyyən etmək üçün araşdırma keçirib. Statistikaya əsasən, böyük təşkilatların əməkdaşlarının əksəriyyəti, demək olar ki, “Microsoft” şirkətinin proqram paketindən istifadə etmir.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 3 ay davam edən araşdırma müddətində firma 51 şirkətin 148500 əməkdaşı haqqında informasiya toplamağa müvəffəq olub. Təhlilə əsasən, ofis işçilərinin 70%-i “Microsoft” paketini yalnız sənədlərin açılması və ya sürətli redaktəsi üçün istifadə edirlər.

“Office” proqram paketindən orta hesabla gündəlik 48 dəqiqə istifadə edilir ki, bu vaxtın da 68%-i “Outlook”a sərf olunur. “Excel” cədvəl prosessorundan gündə 17% və ya 8 dəqiqə istifadə olunur. Bu halda insanlar “Word” və “PowerPoint” proqramlarına müvafiq olaraq 5 və 2 dəqiqə vaxt sərf edirlər.

Emil Hüseynov
 
 
 




06/05/14    Çap et