Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibb Universitetinin mütəxəssisləri sosial şəbəkələrdə istifadəçi suallarını cavablandıracaq


Azərbaycan Tibb Universiteti (ATU) Azərbaycanda sosial şəbəkələrin populyarlığını və ondan istifadə edənlərin sayını nəzərə alaraq yeni layihəyə başlayır.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hər ay ATU-nun rəsmi “Facebook” səhifəsində tibbin müxtəlif sahələrində tanınmış mütəxəssislərlə görüş təşkil olunacaq.
 
Həftə boyunca hər bir “feys” istifadəçisi həmin sahə ilə əlaqədar onu narahat edən sualları həkimə göndərə bilər.
 
Suallar toplandıqdan sonra mütəxəssisin cavabları ümumiləşdirilərək universitetin rəsmi “Facebook” səhifəsində dərc olunacaq.
Universitetdən bildirilib ki, sözügedən səhifənin ilk qonağı tibb üzrə fəlsəfə doktoru, ağciyər xəstəlikləri üzrə tanınmış mütəxəssis  Rafiq Bayramov olacaq:
 
“Sualları göndərmək üçün sadəcə olaraq ATU-nun rəsmi “Facebook” səhifəsini bəyənmək (Like) lazımdır (https://www.facebook.com/ATU.official?ref=hl)”. 
 
SEYMUR




06/05/14    Çap et