Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Massaçusets Texnologiya İnstitutunda yeni nanotexnologiyalar korpusu inşa edilir


2018-ci ildə Massaçusets Texnologiya İnstitutunun tələbə şəhərciyi ərazisində “MIT.nano” adlı yeni dördmərtəbəli korpusun istifadəyə verilməsi planlaşdırılır. İki min tədqiqatçının çalışması üçün nəzərdə tutulan korpusun ümumi ərazisi 18 min kvadratmetrdən çox olacaq. Ən müasir texniki avadanlıqlarla təchiz edilən binada nanotexnologiyalar sahəsində tədqiqatların aparılması üçün müxtəlif laboratoriyalar fəaliyyət göstərəcək. Otaqlardan biri “səssiz”  olacaq – vibrasiya və elektromaqnit maneələrin azaldılması üçün xüsusi avadanlıqla təchiz ediləcək.      

Tələbə şəhərciyinin mərkəzində tikiləcək “MIT.nano” nanotexnologiyaların böyük əhəmiyyətini və fənlərarası xarakterini təcəssüm etməklə yanaşı, həm də şəhərciyi əhatə edən küçələrin, metro və dəmir yolu xətlərinin səs-küyünü maksimum azaldacaq.  

Binada institutun insan orqanlarının köçürülməsi üsullarını hazırlayan, superhidrofob təbəqələr ərsəyə gətirən, suyun təmizlənməsi üçün yeni vasitələrin yaradılması məqsədilə nanomayeləri tədqiq edən 150 tədqiqat qrupunun nümayəndələri fəaliyyətlə məşğul olacaq, - "Computerworld www.osp.ru” yazır.




06/05/14    Çap et