Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet portlarının daşınması bazarda keyfiyyət və qiymətlərə müsbət təsir edəcək


“Bu gün Azərbaycanda artıq bir neçə internet provayderi arasında portların daşınması həyata keçirilir”. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
 İnternet portlarının daşınmasının mobil nömrə daşınması xidmətindən çətinliyinə görə bir qədər fərqləndiyini deyən nazir ölkədə internet provayderlərin sayının 40-dan çox olduğunu nəzərə çatdırıb.
 
Buna baxmayaraq, “İnternet portlarının daşınması” sisteminə keçidin davam edəcəyini vurğulayan Ə.Abbasov istifadəçiyə öz istəyinə uyğun internet provayderini  seçmək imkanı verən bu prosesin bazarda provayderlər arasında şəffaf, ədalətli, sağlam rəqabət mühiti yaradacağını, eyni zamanda keyfiyyət və qiymətlərə müsbət təsir edəcəyini bildirib. 
 
 
Həqiqət İSABALAYEVA




06/05/14    Çap et