Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”, “Google” və “Microsoft” istifadəçilərinə hesabat verəcək


“The Wall Street Journal” nəşri yazır ki, “Apple”, “Google” və “Microsoft” şirkətləri dövlət strukturları tərəfindən tələb olunan fərdi informasiya üçün sorğular haqqında istifadəçiyə məlumat verəcək.
 
ABŞ hökuməti əvvəllər şübhəliləri qorxutmamaq üçün şirkətlərdən bu informasiyanı məxfi saxlamağı xahiş edib. Nəşr hesab edir ki, şirkətlərin belə siyasəti ona gətirib çıxara bilər ki, dövlət strukturları məhkəmənin köməyi ilə sorğular haqqında istifadəçilərə məlumat verməyi qadağan edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 2013-cü il yayın sonunda texnologiya şirkətləri ABŞ hökumətindən dövlət sorğularının sayı haqqında hesabatları dərc etmək hüququ tanımağı tələb edib. Milli Təhlükəsizlik Agentliyinin keçmiş podratçısı Edvard Snoudenin ifşasından sonra yaranmış narazılıq dalğası buna səbəb olub.
 
Emil Hüseynov

 
 
 




06/05/14    Çap et