Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“SanDisc” 4 TB həcmində ilk SSD daşıyıcını nümayiş etdirib
“SanDisc” şirkəti əsasən korporativ seqment üçün nəzərdə tutulmuş 4 QB həcmində yeni “Optimus Max” sərtgövdəli daşıyıcısını nümayiş etdirib. Şirkətdən bildirilib ki, ilk dəfədir bu həcmdə SSD disk yaradılıb.
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, yeni disk 2.5 düymlük form-faktorda təqdim edilib və 19 nanometr texnoloji proses üzrə hazırlanmış NAND çiplərinə əsaslanır. Məlumatların ötürülmə sürəti saniyədə 400 MB-a çatır.
Yeni SSD daşıyıcının məhsuldarlığı oxuma əməliyyatı zamanı 70000 IOPS (saniyədə giriş-çıxış əməliyyatlarının sayı) və yazma əməliyyatı zamanı 15000 IOPS təşkil edir. Bundan başqa, “Optimus Max” kifayət qədər aşağı enerji sərfiyyatına malikdir.
Emil Hüseynov
06/05/14 Çap et