Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Snapchat” yeniləməsi məktəbdə xaos yaradıb


Ötən həftə "Snapchat" messencerinin yeniləməsi çıxarılıb. Amma heç də  foto messencerin bütün istifadəçiləri mətn çatı və videozəng funksiyasının tətbiqinə sevinməyib. ABŞ-ın Kanzas ştatında məktəb müəllimlərindən biri deyib ki, apdeyt onun dərsini tamamilə pozub. Bu haqda Digital Trends yazıb.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, müəllimə Treysi Şreder baş vermiş hadisə barədə "Twitter"də yazıb.
 
Şreder bu barədə "Business Insider" nəşrinə daha ətraflı məlumat verib. Onun sözlərinə görə, adi günlərdə yuxarı sinif şagirdləri dərs zamanı telefondan istifadə haqqında qeydlərə kifayət qədər sakit reaksiya verirlər. Amma "Snapchat" foti messencerinin apdeyti günü sinifdəki bütün şagirdlər tətbiqi elə seminarda ikən yeniləməyə çalışıblar. Hətta bir qız diqqətdən yayınmaq üçün hətta masanın altına girib.
 
Şreder şagirdləri sakitləşdirmək üçün uğursuz cəhddən sonra telefonları onlardan alaraq mobil qurğulardan istifadə etiketi haqqında mühazirə oxuyub.
 
 
Emil Hüseynov




06/05/14    Çap et