2014-cü ilin birinci rübündə yarımkeçiricilər sahəsində rekord nəticə qeydə alınıb
“SIA” Yarımkeçirici İstehsalçılar Assosiasiyası cari ilin birinci rübü üçün yarımkeçiricilər sahəsində rekord nəticə qeydə alındığını açıqlayıb. Məlumata əsasən, 2014-cü ilin yanvar-aprelində yarımkeçiricilərdən əldə olunan mədaxil 78,5 milyard dollara çatıb ki, bu da sahə üzrə bu vaxtadək keçirilən monitorinqdə ən yüksək göstəricidir.
Martda mədaxil 26,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin martında qeydə alınan 23,5 milyard dollardan 11,4 faiz və fevraldakı göstəricidən 200 milyon dollar çoxdur.
“SIA” qeyd edir ki, göstərici illərə nisbətdə son üç ildə ilk dəfə bütün əsas coğrafi regionlarda artıb. Bundan başqa, “SIA” nümayəndələri sahədə ümumilikdə 2013-cü ilin üçüncü və dördüncü rüblərindəki artımın davam etdiyini bildiriblər.
Hesabat müəllifləri vurğulayırlar ki, birinci rübdə rekord satış həcmi gözlənilməz olmayıb və ümumilikdə bazar ekspertləri bu nəticəni proqnozlaşdırıblar. Martda artım gözlənilmədiyi halda qeyri-adi nəticələr qeydə alınıb. Hazırda martın göstəriciləri hətta 2013-cü ilin payızının nəticələrini üstələyir. Ənənəvi olaraq payızın əvvəlində yarımkeçiricilər sənayesində tələbat daha yüksək olur, - “Cybersecurity
www.cybersecurity.ru” yazır.