Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcəkdə telefonlar spirtlə işləyə biləcək


Finlandiyanın Aalto Universitetinin mühəndisi Canmarino Skotti elektrik enerjisini müxtəlif yanacaq materiallarından – maye hidrogen, etanol və metanoldan hasil edən kiçik və səmərəli yanacaq dəliyi hazırlayıb.

C.Skotti doktorluq dissertasiyasında yanacaq dəliklərinin sənaye istehsalının çox qənaətcil texnoloji prosesini təsvir edir. Bu onu deməyə əsas verir ki, yanacaq dəliklərinin kütləvi istehsalına ən yaxın vaxtlarda başlanacaq.

Dəliklərin hər biri səthi olmaqla qalınlığı təxminən bir millimetr, ölçüsü 14х14 millimetr təşkil edir. Ehtiyac odluqda onları bir-birinə calamaq və bir massivdə qruplaşdırmaq mümkündür. Dəliklərdən biri spirtlə doldurulduqda 0,5 V, maye hidrogenlə doldurulduqda 1 V gərginliyində cərəyan verir. Telefon üçün bir neçə yanacaq dəliyi yetərlidir və bu halda onlar müasir akkumulyatorlarla müqayisədə daha az yer tutacaq. Ən əsası isə odur ki, istifadəçi telefonu istənilən mağazada bir neçə saniyəyə enerji ilə doldura biləcək.  

C.Skotti miniatür ölçülü yanacaq dəliklərinin istehsalının ucuz başa gəlməsi üçün bir neçə üsul təklif edir. Birincisi, o, silisium korpusu daha ucuz alüminiumla əvəz etməyi təklif edir. Bundan başqa, o, dəliklərin istehsalı üçün lazer ablasiyasından – maddənin səthdən lazer impulsu ilə təmizlənməsindən (gözün lazer korreksiyası kimi) istifadə etməklə daha effektiv üsullar kəşf edib.  

Universitet aliminin proqnozlarına görə, spirtlə işləyən ilk mobil telefonlar satışa 1-10 ildən sonra çıxarıla bilər. Hələ bir neçə kiçik problem həll olunmalı, eləcə də yanacaq dəliklərinin doldurulması üsulları tapılmalı və onları hava çirkləndirməsindən mühafizə etmək lazımdır. C.Skotti əmindir ki, miniatür yanacaq dəlikləri daha çox kosmonavtika sahəsində tətbiq olunacaq, - “Xaker www.xakep.ru” yazır.   
 




07/05/14    Çap et