Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın aylarda 20 dollarlıq smartfonlar satışa çıxarılacaq


Komponentlərin getdikcə ucuzlaşması başlanğıc səviyyəli smartfonların sonrakı ucuzlaşmasına səbəb olacaq. Hazırda Asiyada heç kəsi 40-50 dollarlıq “Android” platforması ilə işləyən aparatla təəccübləndirmək mümkün deyil, ilin sonunadək “Google”un mobil platforması ilə işləyən 20 dollarlıq telefonlar əlçatan olacaq.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Britaniyanın “ARM” şirkətinin nümayəndələri belə proqnoz veriblər.  Şirkətin mütəxəssislərinin qiymətləndirməsinə görə, 2018-ci ilədək ucuz smartfonların tədarükü 1 milyardı ötəcək.
 
“ARM” şirkətinin rəsmiləri hesab edirlər ki, yaxın aylarda 20 dollarlıq “Android”-smartfonlar satışa çıxarılacaq.
 
Emil Hüseynov




07/05/14    Çap et