Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NETTY 2014” Milli İnternet Mükafatının qalibləri nə əldə edəcəklər?


“NETTY 2014” Milli İnternet Mükafatının  qalibləri bir sıra xidmətlərdən pulsuz istifadə imkanına sahib olacaqlar.
 
Təşkilat Komitəsindən verilən məlumata görə, ilk növbədə qalib ictimai rəğbət qazanır. Belə bir çətin rəqabət keçib və öz sahəsində ən yaxşı olub “NETTY” heykəlciyi alır.  Eyni zamanda, qaliblər milli internet tarixinə daxil olur, öz saytı haqqında danışmaq və özünə diqqət cəlb etmək imkanı əldə edir.
 
Bununla yanaşı, “NETTY 2014” qaliblərini çoxsaylı partnyorlar da diqqətdən kənar saxlamayacaq.
 
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (www.cert.az) tərəfindən hər bir veb-sayt 2014-cü ildə öz resurslarının pulsuz auditi və təhlükəsizlik məsləhətləşmələri üçün sertifikat alacaq.
 
Hər bir qalibə “Microsoft Azərbaycan” şirkəti tərəfindən “Microsoft BizSpark” proqramında iştirak etmək imkanı veriləcək. Bu,  ən son texnologiyalara pulsuz çıxış, pulsuz ekspert dəstəyi imkanı verir. Həmçinin, bütün iştirakçılar dizayn, məhsulların sınağı, servislərin internetdə yerləşdirilməsi üçün pulsuz “Microsoft” lisenziyalı proqram təminatı və “bulud”lu hostinq xidməti “Windows Azure”, “Windows Store” və “Windows Phone Marketplace”-ə pulsuz çıxış əldə edirlər.
 
Bununla yanaşı, “Doktor Veb” şirkəti – Rusiyanın “Dr.Web” markalı informasiyanın antivirus qorunması proqramçısı bütün “NETTY 2014” qaliblərini 2PC üçün 2 illik  “Dr.Web Security Space Pro” (İnternet təhlükələrə qarşı tam qorunma) hədiyyə paketi ilə təmin edir. Bütün namizədlər 2 aylıq “Dr.Web Enterprise Security Suite” (korporativ şəbəkəni qorumaq üçün nəzərdə tutulan bir məhsul) hədiyyə alacaq.
Eyni zamanda, ənənəvi tərəfdaş “ALİ & NİNO” - ən böyük kitab mağazaları şəbəkəsi “NETTY 2014” qaliblərinə Azərbaycan ədəbi əsərləri və dünya müəlliflərindən olan gözəl kitablar verir.
 
Həmçinin kabel şəbəkələri operatoru “KATV1” bütün qalib saytlara operator xidməti üçün pulsuz birillik abunə sertifikatı təqdim edir.
 
Bütün müsabiqə qalibləri “InfoCity” informasiya tərəfdaşı tərəfindən pulsuz birillik abunə imkanına sahib olur.
 
Sadalananlarla yanaşı, “COOL” agentliyi qalib saytları sosial şəbəkələrdə inkişaf etdirmək üzrə peşəkar məsləhətlərin alınması imkanını verir.
 
Qeyd edək ki, final mərasimində iştirak etməyə bütün mükafat nominantları dəvət olunacaq. Qaliblər Akademiya tərəfindən müəyyən olunacaq, mərasimdə adı elan ediləcək.
Xatırladaq ki, bu il müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin, RYTN-in Elektron Təhlükəsizlik Mərkəzinin tam dəstəyi ilə keçirilir.
 
 
CAHANGİR
 




07/05/14    Çap et