Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet üzərindən daha çox hansı şirkətin məhsulları satılır?


Dünyanın ən böyük onlayn mağazalarının üçlüyündə yerdəyişmə olub. "Apple" şirkəti "Staples" ofis malları üzrə mağazalar şəbəkəsini geridə qoyaraq ikinci olub.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, elektron ticarət bazarını araşdıran "Internet Retailer" firmasının məlumatına görə, 2013-cü ildə internet üzərindən məhsulların satışından "Amazon" şirkəti təxminən 67,8 milyard dollar qazanıb ki, bu da on ən yaxın rəqibinin birgə gəlirindən yüksəkdir. 2012-ci illə müqayisədə ABŞ şirkətində onlayn ticarətin həcmi 20% yüksəlib.
 
"Apple" şirkətində bu göstərici 24% artaraq 18,3 milyard dollar olub.
"Wal-Mart" pərakəndə ticarət şəbəkəsi internet üzərindən məhsul satışı üzrə ən yüksək dinamika nümayiş etdirib: 2013-cü ildə satışların həcmi 30%  yüksələrək 10 milyard dollar olub.
 
İnternet üzərindən alış-veriş ənənəvi mağazalarla müqayisədə getdikcə istehlakçılar üçün daha üstün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq onlayn riteylerlər daima öz ticarət meydançalarını təkmilləşdirirlər.
 
Emil Hüseynov




07/05/14    Çap et