Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il dövlət büdcəsindən rabitəyə nə qədər xərclənib?


Azərbaycanın dövlət büdcəsinin 2013-cü il ərzində gəlirləri və xərcləri açıqlanıb.
 
"ICTnews" elektron xəbər xidməti bildirir ki, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi Maliyyə Nazirliyinin rəsmi internet  səhifəsində (http://www.maliyye.gov.az/sites/default/files/6218.pdf) yerləşdirilib.
 
Layihədən bəlli olur ki, Azərbaycanın 2013-cü il dövlət büdcəsinin icrası gəlirlər 19 496 329,9 min manat, xərclər 19 143 492,0 min manat məbləğində olmaqla təsdiq edilir.
 
Eləcə də ötən il rabitə sahəsinə 37 636 102 manat xərclənib. Layihənin xərclər göstəricisindən aydın olur ki, radio, televiziya və nəşriyyat işlərinə 64 956 995 manat xərc çəkilib.
 
 
Seymur
 




07/05/14    Çap et