Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səyahəti onlayn formada sığortalamaq mümkünləşib


Azərbaycanda səyahət sığortasını onlayn formada həyata keçirmək mümkünləşib.
 
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bundan sonra səyahətə çıxan turistlər əlavə vaxt itirmədən, eləcə də izafi xərclər çəkmədən internet vasitəsilə özlərini sığortalaya biləcəklər. Bu tip sığortaları onlayn rejimdə “Hesab.az” portalı vasitəsilə “Atəşgah” sığorta şirkətindən əldə etmək mümkündür.
 
Şirkət bildirir ki, bu üsul müştərilərə əlavə imkanlar açacaq. Belə ki, dünyanın istənilən yerinə səfər zamanı, fərdi və yaxud qrup şəklində sığortalanmaq üçün sifarişin verilməsi, sifariş forması doldurulduqda, ödəniləcək məbləğin sistem tərəfindən hesablanması, sığorta şəhadətnaməsinin e-poçt ünvanına göndərilməsi, 12 saat ərzində istənilən ünvana çatdırılması, ödənişi yalnız “Visa”, "Visa Electron", "Maestro" və “MasterCard” ilə deyil, hətta “Albalı”, “Albalı+” və "Bolkart" taksit kartları vasitəsi ilə aparmaq onlayn rejimdə səyahət sığortasının üstün cəhətləridir.
 
 
Seymur




07/05/14    Çap et