Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada “IPTV” peyk televiziyasını ötəcək


2018-ci ildə Qərbi Avropada ödənişli “IPTV” xidməti sektoru abunəçilərin sayına görə peyk televiziyasını üstələyəcək. Bu barədə “Digital TV Research” şirkətinin ekspertləri bildirib. Onların proqnozlarına görə, 2013-2020-ci illərdə "IPTV” abunəçiləri bazasının artımı 7,5 milyon abunəçi təşkil edəcək ki, bu da 38 faizlik artıma bərabərdir.

Müqayisə üçün qeyd edək ki, peyk televiziyası seqmenti 5 faiz – 1,2 milyon istifadəçiyədək, ödənişli yerüstü rəqəmli televiziya seqmenti (DTT) 22 faiz artacaq. Rəqəmli kabel TV seqmentində 13 milyon (42 faiz) artım gözlənilir.

Qərbi Avropada ödənişli televiziya xidmətləri bazarının müsbət dinamikaya qayıtmasına baxmayaraq 2020-ci ilədək onun ümumi artımının qoşulan abunəçilərin sayına olan nisbəti 6,6 faiz (8,7 milyon) – 103,65 milyon abunəçiyədək artacaq. Rəqəmli televiziyanın artım tempi daha yüksək – 28,1 faiz və ya 23 milyon istifadəçi olduğu halda 2019-cu ilədək analoq kabel şəbəkəsi abunəçilərinin sayı 14,03 milyondan sıfıra enəcək.

2014-cü ilin sonuna Qərbi Avropada ümumilikdə 159 milyon rəqəmli televiziya servislərinə qoşulan ev təsərrüfatının olacağı proqnozlaşdırılır ki, bu da ötənilki göstəricidən 4 milyon, 2010-cu illə müqayisədə isə 33 milyon çoxdur. Proqnozlara görə, 2020-ci ilədək bu göstərici 147 milyon ev təsərrüfatına çatacaq. 2020-ci ildə ödənişsiz “DTT” ev təsərrüfatlarının payı 44 milyon, ödənişsiz peyk xidmətlərinin 27 milyon təşkil edəcək.

Kabel televiziyası seqmenti 2012-ci ildə ən yüksək həddə çatsa da, ekspertlərin proqnozlarına əsasən, bu seqment 2013-2020-ci illərdə 1,3 milyard dollar məbləğində itki ilə üzləşəcək, halbuki kabel TV operatorlarının abunəçi bazası yalnız 2,6 faiz aşağı düşəcək. 2017-ci ildə rəqəmli kabel televiziyası seqmentində mədaxil maksimum həddə çatacaq. 2013-2020-ci illərdə “IPTV” mədaxili 26,3 faiz artaraq 4,91 milyard dollara çatacaq, abunəçi artımı 38,4 faiz olacaq.



2020-ci ilədək regionda ödənişli televiziya bazarında operatorların mədaxilinin həcminə görə daha çox gəliri Böyük Britaniya operatorları (7,535 milyard dollar) əldə edəcək. Bazarın həcminə görə sonrakı yerləri Almaniya (4,741 milyard dollar) və İtaliya (4,539 milyard dollar) tutacaq, - "TelecomDaily www.tdaily.ru” yazır.   
 
 




08/05/14    Çap et