“Huawei” şirkəti qabaqcıl smartfonunu nümayiş etdirib
"Huawei" şirkəti Parisdə keçirilmiş tədbirdə 6,5 mm qalınlığında "Ascend P7" smartfonunu nümayiş etdirib. Arxa qapaq alüminiumdan işlənib və qoruyucu şüşə ilə örtülüb.
"P7" smartfonu "Full HD" (1920x1080 nöqtə) təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Əsas kamera 13 meqapiksellik, ön kamera isə 8 meqapiksellik təsvir ölçüsünə malikdir. Ən populyar smartfon istehsalçıları adətən ön paneldə 2 meqapiksellik kamera ilə məhdudlaşdırlar, amma "Huawei" şirkəti "selfi" dəbini nəzərə alıb. Çəkilmiş şəkillərə xüsusi effektləri əlavə etmək olar.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, aparat 1.8 QHs takt tezliyində işləyən dördnüvəli "Kirin910 Pro" prosessoru ilə işləyir. Əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş 16 QB təşkil edir. "MicroSD" slotu vasitəsilə daxili yaddaşı artırmaq mümkündür.
"Ascend P7" smartfonu dördüncü nəsil "LTE" şəbəkəsini, "NFC" məlumatların kontaktsız ötürülməsi texnologiyasını, həmçinin "Wi-Fi" və "Bluetooth" rabitə modullarını dəstəkləyir.
Aparata "Android 4.4.2" (KitKat) mobil əməliyyat sistemi quraşdırılıb. İnformasiyanın təsviri üçün "EmotionID 2.3" və "Simple" qrafik örtüklərindən istifadə olunur. Birinci örtük "Android"in adi interfeysinə oxşardır, amma daha parlaq ikonkalara malikdir. İkinci örtük qismən "Windows Phone ƏS"nin dizaynını xatırladır.
Akkumulyator batareyasının tutumu 2500 milliamper/saatdır.
Bu smartfonun xarakteristikalarının əksəriyyəti "Samsung", "Sony" və "HTC" kimi aparıcı "Android" istehsalçılarının aparatlarının göstəriciləri ilə müqayisə oluna bilər.
"Ascend P7" smartfonunun qalınlığı 6,5 mm-dir. Müqayisə üçün qeyd edək ki, "Samsung Galaxy S5" və "iPhone 5S" smartfonlarında müvafiq olaraq 7,6 və 8 mm təşkil edir.
Huawei Ascend P7 и Samsung Galaxy S5
Emil Hüseynov