Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-də Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib.
Görüş iştirakçılarına Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun salamlarını çatdıran nazir müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 22 il ötdüyünü xatırladaraq torpaqlarımızın ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətimizin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.
"Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində apardığı siyasətdən danışan E.Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də "Böyük qayıdış proqramı"nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, RYTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
RYTN-in bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E.Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.
RƏVAN
08/05/14 Çap et