Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DRİ-nin nümayəndəsi “Svyaz-Ekspokomm 2014” sərgisində iştirak edəcək
Mayın 13-dən 16-dək Rusiyanın paytaxtı Moskva şəhərində telekommunikasiya avadanlığı, nəzarət sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə 26-cı beynəlxalq “Svyaz-Ekspokomm 2014” sərgisi keçiriləcək.
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, sərgidə iştirak etmək məqsədilə idarənin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi E.Mikayılov Moskva şəhərinə ezam edilib.
Qeyd edək ki, “Svyaz-Ekspokomm” Avropada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ən böyük beynəlxalq sərgidir. Bu nümayiş İT bazarın tendensiyalarını izləməyə, bazarda müəssisənin mövqelərini qiymətləndirməyə, ziyarətçilərin reaksiyalarını təhlil etməyə, eləcə də genişmiqyaslı reklam tədbirləri keçirməyə imkan verməklə şirkətlərin fəaliyyətində əhəmiyyətli rol oynayır.
CAHANGİR
08/05/14 Çap et