Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda son bir ayda qeydiyyata alınmış domen adlarının sayı 4% artıb


Azərbaycanda son bir ayda qeydiyyata alınmış milli domenlərin sayı 4% artaraq 23025  domen adı təşkil edib.

 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı   
3214 domen, ləğv olunanların sayı 923 domen təşkil edib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan domen adlarının xalis artımı 2291 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 14% artıb.
 
Hazırda Azərbaycanda 21510 “*.az”, 909 “*.com.az”, 182 “*.edu.az”, 126 “*.org.az”, 72 “*.net.az”, 67  “*.co.az”, 43 “*.int.az”, 46 “*.info.az”, 37 “*.pp.az”, 18  “*.biz.az”, 8 “*.name.az”, 1  “*.mil.az”, 1  “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 7 domen adı qeydə alınıb – “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”, “IMISHLI.AZ”, “SHAMAXI.AZ”.
 
 
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub.
 
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.
 
Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.
 
Aynur Vəliyeva
 




12/05/14    Çap et