Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əhalinin daha çox tələbatı olduğu regionlarda genişzolaqlı xidmətlər üzrə yeni layihəyə start verilir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilmişdir.
İclasda "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrasına başlanılanadək, əhalinin müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatı olduğu regionlarda "Aztelekom" İB tərəfindən hazırlanmış pilot layihənin həyata keçirilməsi qərara alınmışdır.
Məlumat verilmişdir ki, Birliyin daxili imkanları hesabına təmin ediləcək sözügedən layihənin texniki-iqtisadi əsaslandırması istehsalçı şirkətlərin təklifləri, yeni texnologiyaların tətbiqi və hazırda potensial tələbat olan ərazilər nəzərə alınmaqla hazırlanmışdır.
Sonda layihənin 3 ay müddətində başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
12/05/14 Çap et