Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” ucuz günəş elektrik stansiyasının ixtirasına 1 milyon dollar ödəyəcək
“Google” şirkəti müasir qurğularla müqayisədə daha kiçikölçülü invertorun yaradılması üçün “Little Box Challenge” müsabiqəsinə start verib. Şirkətin “Google+” sosial şəbəkəsindəki səhifəsində yazılıb ki, detalın ixtiraçısı 1 milyon məbləğində mükafatla təltif olunacaq.
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, invertor – sabit cərəyanı dəyişən cərəyana çevirən qurğudur.
Günəş elektrik stansiyaları üçün invertorlar ölçü və çəkisinin böyük olması ilə fərqlənir.
"2030-cu ilədək bütün elektrik enerjisinin təxminən 80%-i invertor və başqa elektron çeviricilər vasitəsilə hasil ediləcək ki, bu da onları elektrik şəbəkələrində əvəzolunmaz komponentə çevirəcək – “Google”dan münasibət bildirilib. Biz istəyərdik ki, invertorların ölçüsü kiçilsin. Bu zaman günəş sistemlərinin qiymətini azaltmaq və onları daha səmərəli etmək mümkün olar".
Emil Hüseynov
13/05/14 Çap et