Beş ildən sonra dünyada 10 milyon "Wi-Fi” çıxış nöqtəsi istifadəyə veriləcək
2013-cü ilin sonunda stasionar və mobil rabitə operatorları tərəfindən ümumilikdə 4,2 milyon simsiz çıxış nöqtəsi (Wi-Fi) istismara verilib. 2013-2018-ci illərdə işə salınan çıxış nöqtələrinin sayı orta hesabla ildə 15 faiz artaraq proqnozlaşdırılan dövrün sonuna 10,5 milyon ədədə çatacaq. Bu barədə “ABI Research” şirkətinin analitikləri tərəfindən hazırlanan hesabatda deyilir.
Analitiklərin qiymətləndirməsinə görə, “Wi-Fi” çıxış nöqtələrinin 68,6 faizi Asiya-Sakit okean regionunda, 12,3 faizi Cənubi Amerikada, 9 faizi Avropada, 8,7 faizi Şimali Amerikada, 1,4 faizi Yaxın Şərq və Afrikada quraşdırılacaq.
Ekspertlər qeyd edirlər ki, "Wi-Fi” texnologiyası simli internet operatorları üçün mobil genişzolaqlı rabitə bazarına çıxmaq üçün geniş imkanlar açır. Məsələn, Böyük Britaniyanın “British Telecom” telekommunikasiya operatoru 200 min simsiz çıxış nöqtəsi istifadəyə verib və qlobal “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsində iştirak edir.
"ABI Research”in analitiki Marina Lyunun sözlərinə görə, bu texnologiya mobil trafiki mobil şəbəkələrdə yükləməyə imkan verir ki, bu da həm mobil rabitə operatorlarına, həm də abunəçilərə müsbət təsir göstərir.
Analitik şirkətin bu yaxınlarda açıqladığı hesabata əsasən, ötən il dünya bazarında "Wi-Fi” qurğuları kateqoriyasına aid 139,1 milyon şəbəkə məhsulu satılıb, - "3DNews
www.3dnews.ru” yazır.