Fransada “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına başlanılır
Fransada rəqəmli siqnalın ötürülməsi üçün “DVB-T2” standartından və "HEVC” kodlaşdırma sistemindən istifadə etməklə “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına start verilib.
Sınaqlar televiziya verilişlərinin yayımının 2015-ci il ərzində başlanılmasının nəzərdə tutulduğu Paris regionunda keçirilir.
Fransa Audiovizual Şurası (CSA) tərəfindən qəbul edilən yüksək təsvir ölçüsünə malik televiziyanın tətbiqi planına əsasən, 2018-ci ilin sonunda bütün Fransa ərazisi "Ultra HD” yayımla əhatə olunacaq.
Bildirilir ki, 2016-cı ildə Alp dağları regionu ölkədə “Ultra HD TV" siqnalını qəbul edəcək ilk zona olacaq.
“DVB-T2” standartından və "HEVC” kodlaşdırma sistemindən birgə istifadə birrəqəmli kanal vasitəsilə 3 ədədədək “UHD” formatlı kanalı ötürməyə imkan verəcək, - “HDTV
www.hdtv.ru” yazır.