Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos”la Fransanın “Astrium ” şirkəti arasında müqavilə imzalanıb


Azərbaycanın peyk operatoru “Azərkosmos”  Fransanın  “Astrium”  şirkəti ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Fransua Ok bu ayın sonunadək “Azərkosmos”un təklifini dəyərləndirəcəyini bildirib.

“Biz Azərbaycanın peyk sahəsinə olan marağını görürük və başa düşürük ki, eyni zamanda peyk resurslarının reallaşdırılmasına da böyük maraq var. Biz də öz növbəmizdə Azərbaycanın bu maraqlarını cavablandırmağa çalışacağıq. “Astrium”un “Azərkosmos”la  imzaladığı müqavilənin əsas məqsədi də məhz budur. Hesab edirəm ki, bizim ortaq strateji və ticarət maraqlarının reallaşdırılmasında böyük potensialımız və hər iki istiqamət üzrə əməkdaşlıq imkanlarımız var”,- deyə o bildirib.
 
“Astrium” şirkəti kosmik proqramların reallaşdırılması və telekommunikasiya peyklərinin istehsalı sahəsində aparıcı dünya şirkətlərindən biridir. “Astrium” eyni zamanda peyk və hava müşahidəsi məlumatlarının operativ istifadəsi sahəsində xidmətlərini inkişaf etdirir.
 
Aynur Vəliyeva
    
 




13/05/14    Çap et