Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa şirkəti ilə Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb


Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Azərbaycan Respublikası Prezidenti öz nitqində ölkəmizdə kosmik sənayenin inkişafına da toxunub: 

"Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə məşğuldur. Keçən il birinci Azərbaycan peyki – “Azərspace–1” orbitə buraxılmışdır və “Arianespace” şirkəti bu sevinci bizə bəxş etmişdir. Biz növbəti illərdə də kosmik sənayedə birgə işləyəcəyik. Hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın bir nömrəli tərəfdaşı olmalıdır".

Mərasimdə “Airbus Dies” şirkəti ilə “Azərkosmos” ASC arasında Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb.




13/05/14    Çap et