Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə sahəsində əməkhaqları daha yüksəkdir


2014-cü il aprelin 1-i vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub.
 
Onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Muzdla işləyənlərin 12,9 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
 
Bu barədə “ICTnews.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat olub.
 
İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
SEYMUR
 




13/05/14    Çap et