Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “iPad” üçün ən böyük ekran tədarükçüsüdür


Məlumata əsasən, 2014-cü ilin birinci rübündeə “Samsung” şirkəti “Apple” şirkətinə 5.2 milyon yüksək təsvir ölçüsünə malik 9.7 düymlük panel tədarük edib.

“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, “Apple” üçün ekran tədarükündə “Samsung”un bazar payı 62% təşkil edir, ikinci böyük partnyor “LG” şirkəti yalnız 3,2 milyon panel tədarük edib. Ötən il bildirilmişdi ki, “Apple” şirkəti “iPad” üçün əsas ekran  tədarükçüsü qismində “Samsung”u ona görə seçib ki, Koreya şirkəti “Apple”ın planşetləri üçün ekran tələbatını təmin etməyə qadirdir.

Bununla belə, artıq çoxdan məlumdur ki, "alma" korporasiyası son zamanlar “Samsung”dan asılılığını maksimal dərəcədə azaltmağa çalışır. Amma koreyalılar obyektiv üstünlüklərə malikdirlər: bu, istehsal obyektləri və texnologiya üstünlüyüdür. Ehtimal ki, yaxın vaxtlarda “Apple” və “Samsung” arasında əməkdaşlıq davam etdiriləcək.

Emil Hüseynov




13/05/14    Çap et