Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil kompyuter bazarının liderləri müəyyən edilib
“DisplaySearch” tədqiqat şirkətinin məlumatlarına əsasən 2011-ci ilin ikinci rübündə “Apple” şirkəti 13,6 milyon mobil qurğu sataraq ən yaxın izləyicisi “Hewlett-Packard” (3.9 milyon) şirkətini ötüb. Beləliklə, Kaliforniya nəhənginin payı 21,1%, “HP”-nin isə 15% təşkil edib. “Dell” şirkəti üçlüyü tamamlayıb. Şirkət II rübdə 7.5 milyon mobil fərdi kompyuter satıb və onun bazarda payı 11.6% olub. “Acer” və “Lenovo” şirkətləri, həmçinin müvafiq olaraq 10,9% və 8% göstəricilərlə beşliyə daxil olublar.
19/08/11 Çap et