Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı elektron xidmətin inzibati reqlamenti təsdiqlənib


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri həmin qərarı qeydiyyata alıb.

Qeyd edək ki, bu xidmət alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini və nəticəsi barədə istifadəçiyə məlumat verilməsini əhatə edir.

CAHANGİR
 




13/05/14    Çap et