Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
330 min dollara Tim Kukla nahar
“Charity Buzz” xeyriyyə hərracı “Apple” direktoru Tim Kukla naharı 330 min dollara satıb. Ötən il “Apple” CEO-su ilə bir fincan qəhvə içmək imkanı iki dəfə baha qiymətə satılmışdı.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, təşkilatçı deyir ki, hərracdan qazanılmış pul ABŞ-da Robert Kennedi adına Ədalət və İnsan Hüquqları Mərkəzinə veriləcək.
“Charity Buzz” qalibin kimliyini açıqlamayıb, amma bildirilib ki, hərracın şərtlərinə görə nahar müddəti ən azı 1 saat olmalıdır və “Apple”ın baş ofisində keçirilməlidir.
“Apple”ın ofisinədək uçuşun qiyməti qalib tərəfindən ödənilir.
Emil Hüseynov
14/05/14 Çap et