Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkə başçısı Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibini qəbul edib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarrini qəbul edib.

 Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






14/05/14    Çap et