Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin hökuməti ölkə sakinlərini “Linux” platformasına keçməyə səsləyib
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi bu yaxınlarda ölkənin bütün sakinlərini “Windows” əməliyyat sistemindən (ƏS) “Linux” platformasına keçməyə səsləyib. “Windows XP” ƏS-nin dəstəyinin rəsmən dayandırılması ilə əlaqədar bu cür bəyanat səsləndirilib. Bildirək ki, Çində bütün kompüterlərin 70%-i sözügedən sistemlə işləyib.
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, maraqlıdır ki, nazirlik “Windows” sisteminin yeni versiyalarına deyil, məhz “Linux” platformasına keçməyə səsləyir. Məsələ ondadır ki, Çin mütəxəssisləri “Linux” əsasında milli ƏS-i hazırlayırlar, buna görə ölkə hökuməti məhz bu platformanın populyarlaşmasında maraqlıdır.
Emil Hüseynov
14/05/14 Çap et