Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” xəstəliyə tutulmuş əməkdaşlarından üzr istəyib


“Samsung” şirkəti muzdla işləyən  əməkdaşlarından üzr istəyib. Belə ki, şirkətin muzdlu işçiləri Cənubi Koreya şirkətinin fabriklərində sağalmaz xəstəliklərə yoluxublar. İstehsalçı onlara münasib kompensasiyanı ödəməyə söz verib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Samsung”un direktoru O Xyun Kvon bildirib ki, şirkətdə leykemiya və başqa xəstəliklərin yaranması halı qeydə alınıb. Bununla belə, “Samsung”un top-meneceri zərərçəkmişlərin sayını açıqlamayıb.
 
Aktivistlərin şirkətin fabriklərində sağlamlıq üçün şəraitin təhlükəli olması ilə bağlı ittihamlarından sonra kompensasiya ödənilməsi qərara alınıb. "Biz bu vəziyyəti xeyli öncədən həll etməliydik" – deyə  “Samsung” rəsmisi etiraf edib.
 
Emil Hüseynov
 
 
 




15/05/14    Çap et